EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
Dövlət Komitəsinin sədri: `Azərbaycanda erkən nikahların sayı azalıb`

Dövlət Komitəsinin sədri: `Azərbaycanda erkən nikahların sayı azalıb`

"Azərbaycanda erkən nikahların sayı azalıb".

 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, 18 yaşınadək nikaha girən qızların sayının ən yüksək xətti 2011-ci ildə olub: "Həmin dövrdə belə qızların sayı 5138 idi. 2018-ci ildə isə bu rəqəm 338 olub. Eyni zamanda, 2012-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu 2129 olub".

Facebook