Dövlət Komitəsi narazı Tərtər sakininə cavab verdi: Səlahiyyətlərimiz xaricindədir

Dövlət Komitəsi narazı Tərtər sakininə cavab verdi: Səlahiyyətlərimiz xaricindədir

“Toplum Tv”-nin 16 sentyabrda Tərtər rayon sakinin şikayəti ilə bağlı yazısına Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cavab gəlib. 

Komitədən verilən məlumata görə, şikayət ətraflı araşdırılıb. 

Sözügedən yazıda şikayətçi Çimnaz Məmmədova iddia edirdi ki, onun müharibədə dağılmış mülkünün təmiri gecikdirilir və düzgün qiymətləndirmə aparılmır. O bunda bir sıra qurumları, o cümlədən ərazidə təmir-tikinti işlərinə məsul “Real İnşaat” şirkətini günahlandırırdı. Həmin şirkət isə problemin onlardan qaynaqlanmadığını və onların zərər üçün aparılmış qiymətlənmə üzrə fəaliyyət göstərdiyini bildirirdi. Şirkət rəsmisi qarşı tərəfin “şəxsi istəkləri”nin olduğunu da deyirdi. 

Müharibədə dəymiş ziyana texniki baxışı keçirən və qiymətləndirmə aparan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə bu gün artıq müvafiq araşdırmaları apardıqlarını deyir: “Şikayətçi Çimnaz Məmmədovaya məxsus yaşayış evində texniki baxış aktı üzrə təmir işləri yekunlaşdırılıb. Hazırda sakin tərəfindən irəli sürülən tələblər səlahiyyətlərimiz xaricindədir”.

Facebook