“Dövlət də görsün, yaşayışımız budur”

Bərdə rayonu keçmiş stadion ərazisində 15 məcburi köçkün ailəsi yaşayır.
 
Onların dediyinə görə, dəfələrlə  İcra hakimiyyətinə, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, hər dəfə problemləri həll ediləcək deyilib. 
 
Amma uzun zamandır ki, onlarla maraqlanan yoxdur. 
 
Ev paylananda oradan 1-2 ailəni köçürtsələr də, digər ailələr hələ də qalır.
 
Prezident vurğulayıb ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: "Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.
 
Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır".