Dövlət büdcəsində kəsir yarandı

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9410,7 mln. manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, büdcədən 9765,6 mln. manat vəsait xərclənib.

Büdcənin icrasında yaranmış 354,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-i səviyyəsində olub.