Dövlət büdcəsinə yenidən baxıla bilər

Ölkə parlamenti 2018-ci ilin dövlət büdcəsinə yenidən baxa bilər.

Bu haqda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri dövlət büdcəsinə yenidən baxılmasının birinci rübün nəticələrindən asılı olduğunu ifadə edib.

Z.Səmədzadənin fikrincə, büdcəyə yenidən mayda baxıla bilər.

AZƏRTAC