Donald Tramp edama məhkum edildi

Şimali Koreya Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa edam qərarı çıxarıb.

Xarici mediaya istinadla xəbər verilir ki, bununla bağlı Şimali Koreya dövlət qəzetində məlumat yerləşdirilib.

Trampın Asiya səfərində "vəhşi diktatura" nümayiş etdirdiyi yazılan məqalədə ABŞ prezidentinin Koreyaya nalayiq davrandığı, buna görə ancaq ölümə layiq olduğu yazılıb:

"Tramp Koreya xalqının ölümə məhkum etdiyi iyrənc bir günahkardır".

Eyni zamanda, Tramp Şimali Koreya sərhədinə keçməyi planlaşdırdığı səfəri ləğv etdiyi üçün qorxaq da adlandırılıb.