Dolu və yağış körpünü uçurdu - FOTO

Dolu və yağış körpünü uçurdu - FOTO

Oğuz rayonunda kəndləri birləşdirən körpü dağılıb.

Rakurs.tv "Report"a istinadən xəbər verir ki, güclü yağış nəticəsində yaranan sel Yaqublu - Yenikənd kəndləri arasında olan körpünü yararsız vəziyyətə salıb.

Bundan başqa Yaqublu, Yenikənd, Top, Zərrab, Xaçmaz və Padar kəndlərinə dolu düşməsi nəticəsində taxıl sahələrində yetişmə ərəfəsində olan arpanı yararsız hala düşüb.

Sakinlərin sözlərinə görə, sel şəxsi təsərrüfatlarda olan əkin sahələrinə və quşçuluq təsərrüfatlarına da zərər vurub.

Facebook