Dəmirtaş Ərdoğana 15 min ödəyəcək

Ankara Məhkəməsi Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşı cərimələyib. 

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, Ankara Məhkəməsi yerli məhkəmənin qəbul etmədiyi təzminat davasına müsbət cavab verib. Belə ki, Dəmirtaş məhkəmənin qərarına əsasən prezident Rəcəb Tayyib Ərdoğana 15 min lirə təzminat ödəyəcək.