DİQQƏT - Bu avtbuslarda pulsuz Wi-Fi açıldı

“Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib. Bu barədə şirkətdən məlumat daxil olub.

 

Məlumata görə, bu gündən etibarən 85 saylı marşrut xətti üzrə avtobuslarda da sərnişinlər şirkətimizin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər.

 

Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. 

 

Nəzərinizə çatdırmaq istəyirik ki, bir neçə gün əvvəl şirkətimizin istismarında olan 18 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.

 

Şirkətimizə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər istismarımızda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

 

Pulsuz internetdən istifadə imkanından yararlanmaq istəyənlər aşağıdakı videoda göstərilən formada qeydiyyatdan keçə bilərlər.