"Diqlas" ticarət mərkəzi sökülür

Bakıda yanan "Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb.

Artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir. 

Ərazidə iş aparan şirkətdən bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.