Dindar fəal saxlanılıb

Maştağa sakini Rövşən Kərimov saxlanılıb. Onun Müsəlman Birliyi Hərəkatının üzvü olduğu bildirilir. Bu barədə hərəkat üzvləri sosial şəbəkələrdə məlumat yayıblar.

Məlumata görə, Rövşən Kərimov martın 30-u Nardaran pirinə gedən zaman 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün isə polislərin onun evinə gələrək telefonunu götürdükləri bildirilir.

Rakurs TV