DİN Mətbuat xidməti: “Gelandewagen-in sükanı arxasında Nail Allahverdiyev olub”

Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı cipin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda  ətraflı açıqlama vermişdi.

Bu dəqiqələrdə isə DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edildiyini bildirib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.