EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
DİN avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

DİN avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında da belə bir hadisə qeydə alınmayıb.

 

“Xahiş edirik məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, - Nazirlikdən bildirilib.

 

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı qətlə yetirməsi barədə məlumat yayılıb.

 

 

 

Facebook