DİM-də Apelyasiya Komissiyası yaradılıb

Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən verilən məlumata görə, Apelyasiya Komissiyası ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün yaradılıb.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar  Apelyasiya Komissiyasına 25, 26, 27 fevral 2019-cu il tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.