Dieqo Maradona Venesuela millisinə rəhbərlikdən imtina etdi

Dieqo Maradona Venesuela millisinə rəhbərlikdən imtina etdi

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Venesulea millisnə rəhbərlikdən imtina edib. O, buna səbəb kimi Argentinanın "Gimnasiya və Esgrima" klubu ilə işlərə davam istəyini göstərib.

 

59 yaşlı Maradona ona edilən təklifə görə Venesuela Futbol Federasiyası təşəkkür edib, amma imtina etmək məcburiyyətində qaldığını söyləyib. 

 

Dieqo Maradona futbol tarixinin ən güclü oyunçularındandır. O, 1986-cı il dünya çempionudur. Karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayıb. Ən uğurlu nəticəsinə isə Argentina millisi ilə nail olub. 2010-cu ildə keçirilən Dünya Çempionatında 1/4 final mərhələsinə qədər gəlib.

Facebook