Deyrizor İŞİD-dən tamamilə təmizləndi

Suriyanın Deyrizor şəhərinin İŞİD terrorçularından azad olunması istiqamətində əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində şəhər İŞİD-dən geri alınıb.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin və Rusiyanın dəstəyi ilə azad olunan Deyrizor şəhəri terror təşkilatının üzvlərindən tamamilə təmizlənib.