EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Devalvasiya iqtisadi proses deyil, Mərkəzi Bankın alətidir - Ekspert

Devalvasiya iqtisadi proses deyil, Mərkəzi Bankın alətidir - Ekspert

"Əgər neftin dünya bazarında qiyməti bu şəkildə kəskin aşağı düşsə, devalvasiya qaçılmazdır”.
 
Bu sözləri keçmiş maliyyə naziri Fikrət Yusifov deyib.
 
 
Eyni fikirlə deputat Qüdrət Həsənquliyev də parlamentin plenar iclasında çıxış edib.  
 
"Əgər neftin qiyməti aşağı düşsə, manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq”, - deyə deputat qeyd edib.
 
Toplum Tv Azərbaycanda devalvasiya ehtimalını araşdırıb.
 
İqtisadçı Toğrul Maşallı deyir ki, devalvasiya iqtisadi proses deyil, Mərkəzi Bankın alətidir: "Onun tətbiqi bir sıra amillərdən asılıdır. İndiki halda biz Mərkəzi Bankda hər hansı ciddi bir problem müşahidə etmirik. Düzdü, keçən il Dövlət Neft Fondu və Mərkəzi Bank üçün mənfəət cəhətindən və s. bir qədər çətin olub. Amma manatın indiki şəraitdə problemi yoxdur”. 
 
O deyir ki, manatın məzənnəsi bizdə tənzim olunandı və belə olduğuna görə də ciddi problem müşahidə edə bilmirik: "Başqa tərəfdən neft qiymətini düşməsi də iqtisadiyyata dərhal təsir etmir. İndiki müqavilələrin bir çoxuna neft qiymətinin düşməsi 3 ayda təsir edəcək. Ən azı 3 aylıq dövr olmalıdır. Bildiyimiz kimi 2014-cü ildə neftin qiyməti düşdü və 2015-ci ildə devalivasiya baş verdi. Bunun arasında bir müddət olmalıdır və bu müddət ərzində hər hansı tədbirlər həyata keçirilməlidir”. 
 
Ekspert hesab edir ki, Mərkəzi Bank yalnız çox yüksək infliyasiya olacağı təqdirdə və ölkə gəlirlərində azalma baş verdikdə devalvasiyaya gedəcək: "İndiki halda biz onu müşahidə edə bilmirik. Düzdür, psixoloji rəqəm 60 dollardan aşağı düşüb, amma bu şərtlər altında Mərkəzi Bank həm devalvasiyaya gedə bilər, həm də getmiyə bilər. Bu, alətdir. Bunun istifadəsi Elmar Rüstəmovdan asılıdır. Onun nə edəcəyini proqnozlaşdlrmaq çətindir”.
 
Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.

Facebook