EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
Deputatlığa namizədlərin sayı açıqlanıb

Deputatlığa namizədlərin sayı açıqlanıb

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində qeydə alınmış namizədlərin bu günə olan sayı məlum olub. Hazırda deputatlığa namizədlərin sayı 1399 nəfərdir.

Ümumilikdə, Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib. Lakin namizədlərdən 1032 nəfəri seçki prosesinin müxtəlif mərhələlərində könüllü olaraq seçkilərdə iştirak etməkdən imtina edib.

Seçkilərdə ən çox namizədin qeydə alındığı dairə 16 saylı Yasamal ikinci seçki dairəsidir. Həmin dairə üzrə 25 namizəd var.

Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər seçki dairələridir. Həmin dairələrin hər biri üzrə 3 namizəd qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə  növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Facebook