Deputat özünü asdı

Qazaxıstanın Jambılsk vilayət məclisinin deputatı, “NK KTJ” Səhmdar Cəmiyyətinin filialının 56 yaşlı direktoru Kayrat Terlikbayevin cəsədi asılmış vəziyyətdə aşkar edilib.
 
Bu haqda vilayətin prokuroru Aydos Maylıbayeva bildirib.
 
Hadisə avqustun 5-ində səhər saatlarında baş verib. Onun intihar etdiyi təxmin edilir. Mərhumun bədəninin müayinəsi zamanı hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Həmçinin onun yazdığı hər hansı qeyd tapılmayıb.