Daxili işlər nazirinin müavini rüşvət alarkən tutuldu

Ukrayna hüquq-mühafizə orqanları ölkə daxili işlər nazirinin müavini Vadim Troyanı 77,2 min dollar rüşvət alalarkən tutublar.

“Report” xəbər verir ki, Ukrayna daxili işlər naziri Arsen Avakov bir müddət əvvəl dövlətin yuxarı eşalonunda cinayətkarlığın yolverilməz olduğunu bildirmişdi.

Xatırladaq ki, bu günlərdə Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixail Saakaşvili ilə Arsen Avakov arasında münasibət gərgin olub. 2015-c il dekabrın 16-da Ukrayna prezidenti Pyotr Poroşenkonun başçılığı ilə keçirilən müşavirədə daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili arasında münaqişə baş vermişdi. Həmin müşavirədə onlar bir-birini təhqir edərək "korrupsioner" adlandırmışdılar.

A.Avakov çıxış edən zaman M.Saakaşvili bir neçə dəfə onun sözünü kəsmişdi. M.Saakaşvili daxili işlər nazirini korrupsiyada və rüşvət almaqda ittiham etmişdi. Bundan sonra A.Avakov qarşısındakı su bakalını Odessa vilayətinin qubernatoruna tərəf atmışdı.