Daxili işlər naziri qəzaya uğradı

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun avtomobil karvanı qəzaya uğrayıb.

Türkiyə KİV-ə istinadən məlumat verilir  ki, hadisə Tekirdağ vilayətində qeydə alınıb.

Qəza nəticəsində altı nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi yaxından keçən yük maşınının sürücüsünün idarəetməni itirməsi göstərilir.

Yük maşını bir neçə avtomobilə dəyib.

Nazirin xəsarət almadığı bildirilir.