EURO : 1,8782 TRY : 0,2865 USD : 1,7 RUB : 0,0275
Daha bir siyasi məhbusun vəziyyəti pisləşdi və Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldü

Daha bir siyasi məhbusun vəziyyəti pisləşdi və Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldü

Artıq bir müddətdir ki, mətbuatda səhhəti ilə bağlı ailəsinin ciddi narahatlıq ifadə etdiyi Gəncə hadisələrinə görə həbs olunan Elvin Nəzərli bu gün (red- 7 dekabr) Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb.

 

Bu barədə onun ailəsi xəbər verib.

 

Belə ki, Gəncə hadisələri zamanı həbs olunan E. Nəzərli həbs müddətində ciddi işgəncələrə məruz qaldığını və bu işgəncələr səbəbindən dəhşətli baş ağrılarından əziyyət çəkdiyini bildirirdi.

 

Son günlər ağrıların intensivliyi onu dərmanlardan əlavə ağrıkəsici iynələrdən də istifadəyə məcbur etmişdi.

 

Dəfələrlə 2 saylı həbsxana rəhərliyinə özü və ailəsinin müraciətinə baxmayaraq onun müayinə üçün Pentesiar Xidmətin Müalicə Mərkəzinə göndərilməsi bu günə qədər yubanırdı.

Facebook