Daha bir şəhər İŞİD-dən təmizləndi - Video

Suriyanın Əbu Kamal şəhəri terrorçulardan təmizlənib. Türkiyə mediasına istinadən xəbər verilir ki,  şəhəri birlikdə azad edən Suriyanın hökumət qüvvələri ilə İraq qüvvələri sərhəddə qarşılaşıb. Haşdi Şabi İran sərhədindən İŞİD-i atəşə tutaraq İraq-Suriya sərhədini keçməsinə əngəl olub.

Qeyd edilir ki, İraq ordusu da Əbu Kamalın İŞİD-dən azad olunmasında müstəsna rol oynayıb. İki ölkənin qoşunlarının sərhəddə birləşməsi və bir-birini təbrik etməsinin görüntüləri də yayılıb.