Daha bir ölkə Bakıda diplomatik nümayəndəlik açır

Monteneqro Bakıda diplomatik nümayəndəlik açacaq.
 
Qaynarinfo xəbər verir ki, bu barədə qərar Monteneqro hökumətinin Baş naziri Duşko Markoviçin sədrliyi ilə keçirilən 103-cü sessiyasında verilib.
 
Bu nümayəndəlik Monteneqronun Türkiyədəki səfirliyinə tabe olacaq.
 
Xatırladaq ki, hazırda Bakıda Monteneqronun fəxri konsulluğu da fəaliyyət göstərir.