Daha bir nüfuzlu ruhani həbs olundu

Bəhreyn mediasına istinadən verilən xəbərə əsasən, şiələr əleyhinə zorakı siyasətini davam etdirən Ali-Xəlifə rejimi dünən Bəhreynin nüfuzlu ruhanilərindən olan Şeyx Həsən bin şeyx Əli Sitrini həbs edib.

Məlumata görə, Şeyx Həsən Sitri bazar günü daha üç ruhani; Şeyx Hani Al-Banaa, Şeyx Sadiq Al-Ğurafi, və Şeyx Sadiq Al-Qattanla birlikdə polisdə dindirilibmişlər.