Daha bir kənd YPG-dən alındı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanin Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində daha bir ərazini YPG-dən aldığı açıqlanıb. Bu barədə "Anadolu" xəbər agentliyi məlumat verib.Alınan kəndin Hac Bilal olduğu bildirilib.

Xatırladaq ki, 20 yanvarda başlayan əməliyyatda daha əvvəl Adamanlı, Haftar, Hay Oğlu, Ömər uşağı, Marso, Şeyx Abid, Karmanlı, Bali Kənd, Qurni və Mahmud Ubasi, Əli Bəkki, Xəlil,  Sati Şaği, Alkana, Ali Kar kəndləri ilə Bülbül bölgə mərkəzi, Buseyra dağı və Syria Təl təpəsinin alındığı qeyd olunmuşdu.