EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Daha bir inanclı fəal həbsxanada təzyiqlə üzləşdi

Daha bir inanclı fəal həbsxanada təzyiqlə üzləşdi

Gəncə hadisələrinə görə həbs olunan məhbusa həbsxana rəhbərliyi hədə-qorxu gədir.

 

Bu barədə məlumatı ailəsinə Gəncə hadisələrinə görə həbs olunan, Müəlman Birliyi Hərəkatının üzvü Elvin Nəzərli özü məlumat verib.

 

Ailəsi faktla bağlı məlumat yayıb: "Artıq bir müddətdir ki, həbs olunduğu zaman aldığı işgəncələr səbəbindən səhhətində ciddi problemlər olan Elvin Nəzərli dərman qəbuluna baxmayaraq dəhşətli ağrı və uzunzamanlı ürəkbulanmalarından əziyyət çəkir. Həbs həyatı yaşadığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə dəfələrlə bu barədə məlumat versə də hələ də Elvin Nəzərli müayinəyə göndərilməyib. Ən son olaraq həbsxana rəhbəri ona вekabr ayının 5-də Pentesiar Xidmətin Mərkəzi Xəstəxanasında MRT müayinəsinə göndərəcəyi haqqında bildiriş verib. Lakin bütün bunlara baxmayaraq dünən səhər (red- 30 noyabr) səhhəti yenidən pisləşən E. Nəzərli səhər yoxlanış üçün yatağından belə qalxmaması həbsxananın rəis müavini Eldəniz müəllimin narahatlığına səbəb olub. O Nəzərli ilə görüşüb sərt danışaraq ona ölçü götürəcəyini deyib. Nəzərli vəziyyətini Eldəniz müəllimə anladaraq həbsxanada hansı ölçü götürəcəyini soruşanda o: “Bizim öz metodumuz var. Bununla da sənə ölçü götürəcəyik” deyə cavab alıb. Onun hədələri ailəsində haqlı narahatlıq yaradır. Biz Elvinin təxribatla üzləşəcəyini düşünürük".

Facebook