Daha bir fəalın saxlanıldığı deyilir

Müsəlman Birliyi Hərəkatının üzvü Elçibəy Həsənbəylinin saxlanıldığı deyilir

Bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, Elçibəy Həsənlini polis bu gün evindən aparıb. 

Xatırladaq ki, sentyabrın 19-u hərəkatın daha bir üzvü Əhsən Nuruzadənin barəsində 10 sutka inzibati həbs cəzası verilmişdi. Yaxınları onun evinin qarşısından naməlum şəxslər tərəfindən aparıldığını bildirmişdilər. O, bu gün azadlığa çıxıb.