Daha bir bank çökür

Bank VTB (Azərbaycan)” ASC Beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə ötən ilə olan hesabatını dərc edib.

Hesabata əsasən, Bank ötən ili 141 milyon manat zərər ilə başa vurub. “Bank VTB (Azərbaycan)” 2015-ci ildə 36 milyon 525 min manat zərər açıqlamışdı. Beləliklə, son 2 ildə Bankın cəmi zərəri 177 milyon manatı keçib.

Bankın böyük zərər açıqlamasının səbəbi “Faizli aktivlər üzrə dəyərsizləşmə xərci”dir. Verilmiş kreditləri geri qayıtmadığından Bank böyük zərər ilə üzləşib.

Zərər nəticəsində Bank kapitalsız qalıb. 2016-cı ildə inkişaf strategiyası çərçivəsində səhmdarları tərəfindən Banka əlavə vəsait ayrılmışdı. Zərər bu vəsaiti də silib.