D 18 Hərəkatının yaranmasından 5 il ötür - Fotolar

D18 Hərəkatının təsis olunmasından 5 il ötür. Bu münasibətlə bu gün Müsavat Partiyasının qərargahında ad günü tədbiri düzənlənib.
Qonaqlar təşkilatın başqanı Ruslan İzzətlini və üzvləri təbrik edib, ürək sözlərini deyiblər. Çıxışlardan sonra ziyafət başlanıb.
Qeyd edək ki, D18 ( Demokratiya 1918) Hərəkatı 18 mart 2013-cü il tarixində bir qrup gənc tərəfindən yaradılıb. Hərəkatın məqsədi Cümhuriyyət dəyərlərini təbliğ etmək, vətəndaşların hüquqlarını qorumaq, Azad, Demokratik ölkənin yaradılması, vətəndaşların sosial problemlərinin araşdırılması və qabardılması, bu yöndə cəmiyyətə təkliflər verməkdir.