Cəzadan azad (Rəsmi statistikadan)

Cəzadan azad (Rəsmi statistikadan)

Ədliyyə Nazirliyinin hesabatına görə, Cinayət Məcəlləsinə dəyişiklikləri rəsmiləşdirən 1 may 2020-ci il qanununun icrası çərçivəsində penitensiar və probasiya xidmətləri üzrə 334 nəfər cəzadan azad olunub, 591 nəfərin cəza müddəti azaldılıb: “2020-ci ilin Vətən müharibəsində yaxın qohumu şəhid olan otuzdan çox məhkumun bəzisi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad edilib.

Penitensiar Xidmətdə yaradılan komissiya işi çərçivəsində 2072 məhkum cəzadan şərti olaraq azadlığa buraxılıb. Ağır xəstəliyə görə 10 nəfər azad olunub.

Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq edilib. Onların 2561-i azadlığın məhdudlaşdırılması cəzası alıb. Yerli probasiya qurumlarında 9576 məhkum qeydiyyata alınıb. Müxtəlif hüquqi əsasla 10 min 453 məhkum qeydiyyatdan çıxarılıb.

İl ərzində cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. 155 min 131 saat həcmində ictimai iş həyata keçirilib. Cəza çəkməkdən boyun qaçıran 245 məhkum tutulub və barələrində müvafiq tədbirlər görülüb. Cəzanın icrasından boyun qaçıran 1023 məhkumun cəzasının qanunvericiliyə uyğun olaraq daha ağır cəza növü ilə əvəzlənməsi barədə məhkəmələrə təqdimatlar göndərilib”.

Facebook