Criminalaz.com saytının redaktoru ABŞ Səfirliyində olub

Criminalaz.com saytının redaktoru ABŞ Səfirliyində olub

Criminalaz.com saytının redaktoru Anar Məmmədov dekabrın 20-də vəkilləri ilə birlikdə ABŞ-ın Azərbaycandakı Səfirliyində görüşdə olub.
 
Səfirliyin siyasi məsələlər üzrə müşaviri Kristian Sinq və mətbuat katibi Natan Consla görüşdə redaktora qarşı cinayət işi ilə bağlı vəziyyət müzakirə olunub.
 
"Biz diplomatlarla Azərbaycanda mətbuat azadlığının vəziyyəti, mənim işim üzrə bu günlərdə başlayacaq məhkəmə prosesi haqqında geniş müzakirələr apardıq",Məmmədov söhbətim təfsilatını açıqlamayıb.
 
İyulun 9-da Baş Prokurorluq İnternetdə bu ilin yayında Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların yayılması haqqında fakt üzrə cinayət işi açıb.
 
Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.
 
Noyabrın 30-da Məmmədov təqsirləndirilən şəxs statusuna keçirilib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 
Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyliyə qarşı da bu cür ittihamlar irəli sürülüb.
 
Amerikanın Səsi

Facebook