Çoxdilli «Shafaqna» saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb

Çoxdilli «Shafaqna» saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb

 İslam dünyasının proseslərini işıqlandıran çoxdilli “Shafaqna” saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb.

Rakurs.tv xəbər verir ki, “Shafaqna” saytının Azərbaycan dili redaksiyasının ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir.

Məlumata görə, jurnalist Ramin Bayramov Az.shafaqna.com -un yazı işləri müdiri, Emin Səmədov isə saytın Azərbyacan Televiziya və Video layihələr üzrə mütəxəssisi, video və sosial şəbəkə işləri üzrə məsul işçisi təyin olunub.

“Alulbayt Gürcüstan”ın rəhbəri, müctəhid Ayətullah Seyid Əli Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi Hacı Faiq yeni addımla bağlı bildirib ki, medianın yeni standartlara uyğun gözəl video layihələrlə aparıcı agentliklərin işlədiyi formatda, həmçinin istər Gürcüstan, istər Azərbaycan, istərsə də İslam dünyası və dünya xəbərləri ilə izləyicilərin diqqətini çəkəcəyini düşünürük.

O deyib:

"“Shafaqna” özünün yayım siyasətinə görə, böhtan, tərəfkeşlik, təhqir, sərt  tənqid, ümumiyyətlə ölkələrin daxili, xarici siyasətlərinə mənfi imic formalaşdıran şərh yazmaq, bu istiqamətdə hədəfə almaq kimi xəbər və məlumatlar yayımlamır. Odur ki, izləyicilər Az.shafaqna.com portalında da bu yayım siyasətini görəcəklər."

 

Rakurs.tv olaraq həmkarlarımıza uğurlar arzu edirik!

 

 

Facebook