COVİD-19 qlobal iqtisadi vəziyyətə çox ciddi təsir edəcək - BVF rəsmisi

COVİD-19 qlobal iqtisadi vəziyyətə çox ciddi təsir edəcək - BVF rəsmisi

"Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyası qlobal iqtisadiyyat üçün çox ciddi nəticələrə gətirib çıxaracaq". 
 
Rakurs.tv xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Strategiya, siyasət və icmal departamentinin direktoru Martin Mühleisen bildirib.
 
Bununla belə, onun sözlərinə görə, dünya iqtisadiyyatı belə sarsıntılara hazırdır və mümkün böhranın öhdəsindən gəlmək iqtidarındadır.
 
"Qlobal iqtisadiyyatın uzun müddətdir ki, davam edən böyüməsi və yüksək səviyyəli məşğulluq iqtisadi fəaliyyətin səngiməsinə qarşı səmərəli mexanizmdir", - deyə ekspert qeyd edib. 

Facebook