Corc Buşun məsləhətçisindən Qərb liderlərinə Tofiq Yaqublu ilə bağlı çağırış

Corc Buşun məsləhətçisindən Qərb liderlərinə Tofiq Yaqublu ilə bağlı çağırış

Keçmiş ABŞ Prezidenti Corc Buşun məsləhətçisi, politoloq Paul Goble bütün Qərb liderlərini Tofiq Yaqublunun azad edilməsinə dəstək verməyə çağırıb
 
Bu barədə Paul Goble "VVindow in Eurasia" bloqunda yazıb. 
 
Paul Goble həm də Dünya Siyasət İnstitutunun köməkçi professorudur.
 
O deyir ki, hüquq müdafiçiləri Azərbaycanda koronavirus səbəbi ilə müxalifətçilərin sıxışdırılmasından narahatdırlar.
 
Politoloqun sözlərinə görə, ABŞ-da yerləşən müstəqil Ətraf Mühit və İnsan Haqlarının Qrupu da rəsmi Bakının koronavirus böhranından müxalifətçilərə təzyiq etmək üçün istifadə etməsindən narahatlığını ifadə edib. 
 
Politoloq bloq yazısında aktivistlər Melinda Haring və Dug Klain "Milli maraqlar" məqaləsinə də istinad edib. 
 
Həmin məqalədə qeyd olunur ki, "avtokratlar koronavirusu sevirlər", həmçinin onlar daim əhalini qorxuda saxlamağa çalışır və öz mövqelərini möhkəmləndirmək istəyirlər.
 
"Lakin Azərbaycandakı vəziyyət həm emblematikdir, həm də Crude Hesabatlılıq sayəsində xüsusilə yaxşı sənədləşdirilib: "Azərbaycan Prezidenti İlham Əliyev martın 19-dakı çıxışında müxalifət liderini "beşinci kolon", "anti-Azərbaycan qüvvələr"ə işləmək suçu ilə "təcrid" edə biləcəyini söyləyib". 
 
Prezidentin çıxışından  üç gün sonra isə Azərbaycan polisi Müsavat Partiyasının üzvü və Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunu həbs edib.
 
Paul bildirir ki, Tofiq Yaqublu uydurma ittihamlarla həbs olunub. Belə ki, o, "avtomobil qəzası zamanı iki nəfəri döyüb"  ittihamı ilə saxlanılıb: "Əslində Tofiq Yaqublu ona hücum edildiyini dedi, amma hücum edənlər tutulmadılar". 
 
Politoloq yazır ki, istintaq zamanı Yaqublunun vəkilinin onunla görüşməsinə icazə verilməyib.
 
Azərbaycan məhkəməsi isə onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib.  
 
"Bu müddətdən sonra o, "xuliqanlıq" ittihamı ilə mühakimə olunarsa, altı ilədək azadlıqdan məhrum edilə bilər", - deyə politoloq qeyd edir. 
 
Paul Goble Qərb hökumətlərini "təcili olaraq bu məsələni Azərbaycan hakimiyyəti ilə müzakirə etməyə və Yaqublunun dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır". 

Facebook