Cocuq Mərcanlı məscidində vəhdət namazı qılınıb

Avqustun 5-də dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cocuq Mərcanlı məscidini ziyarət edib.

İslamazeri.com-un məlumatına görə, inanclılar orada vəhdət namazı qılıblar.

Dini məbəddə ibadət edən dindarlar Qarabağdakı bütün məscidlərimizdə azan səsinin ucalması üçün dualar ediblər.

Xatırladaq ki, Cocuq Mərcanlıda tikilən yeni məscid Şuşadakı ibadət evinə bənzər inşa edilib.