Cocuq Mərcanlı açılışa tam hazırdır

“Cocuq Mərcanlıda salınan yeni qəsəbə açılışa hazırdır”.
Bu barədə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov deyib.
İcra rəsmisi açılış mərasiminin iyun ayının 15-də olacağı ilə bağlı fikirlərə münasibət bildirərək deyib ki, hələlik dəqiq vaxt müəyyənləşdirilməyib.
T.Nəsirov vurğulayıb ki, 250-ə yaxın ailə Cocuq Mərcanlıya köçmək üçün müraciət edib.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
azvision.az