"Cəmiyyətimizdəki insanların simasını əsərlərimdə əks etdirmək istəmirəm" - Video

O təbiətin demək istədiklərini başa düşür, davranışını anlayır. Bəlkə də, buna görə təbiət öz şıltaqlığının qurbanı olan ağacları yenidən həyat verməsi üçün ona qaytarır - “İçərişəhər”in qədim və dar küçəsində qurduğu öz dünyasında...
Adəm Zindani Qarabağın Ağdam bölgəsində doğulub. 2 ildir ki, ağac üzərində heykəltəraşlıq sənəti ilə məşğul olur. Dediyinə görə bu sənətdə ondan başqa heç kəs çalışmır, bu sənətdə ustadı yoxdur. Usta deyir ki, ağacları tanıdığından hansısa ağacı götürəndə bunun üzərində artıq hansı simanı, nəyi əks etdirəcəyini bilir.