Cinsi zorakılıq halları təxəyyül mərhələsindən keçdikdən sonra reallaşır- MÜNASİBƏT

Cinsi zorakılıq halları təxəyyül mərhələsindən keçdikdən sonra reallaşır- MÜNASİBƏT

Münasibət - Ekspert rəyi

Son günlərdə vətənimizdə cinsi zorakılıqla bağlı cinayətlər çox narahatedicidir.
Bu hadisələrin belə artmasının səbəbi nədir?
-Bunun ilk səbəbi əlbəttə ki, cəmiyyətimizdə mənəvi-psixoloji aşınmadır.
Ölkəmizdəki hazırki durum insanlarımızı robotlaşdırır və maddiyata ifrat aludə edir. Mənəvi ehtiyaclar kənara qoyulub. Sanki bütün vasitələrlə Azərbaycan cəmiyyəti bilərəkdən tənəzzül etdirilir.
Bunların fonunda bütün bu proseslər "cinsi hisslərin təhriki" vasitəsilə bu və ya digər formada həyata keçirilir:
Xüsusilə televiziya serialları və çılpaq geyimlərin təbliği cəmiyyətimizi məhvə sürükləyir.
Cavan qızlar evdə ata və qardaşlarının yanında da çılpaq vəziyyətdə geyinirlər.
Çünki teleseriallarda belə görürlər.
Insan elə bir varlıqdır ki, yeni bir şeyi görməsə etmir. Yaradıcı və novatorçular xaric.
Xüsusən bizim cəmiyyət də təqlidçi cəmiyyət olaraq özünü kimlərəsə oxşatmağı sevir.
Bu minvalla qadın çılpaqlığı şüuraltında adi bir hala çevrilir və insanların cinsi hissləri təhrik edilir.
Bir şey göz önündə olduğu zaman istər-istəməz o insanın düşüncə və fikirlərində təsir qoyur və tədricən xəyal qüvvəsi- virtuallaşdırmada öz əksini tapır. Sonra reallığa çevrilir.
Istənilən baş verən cinsi zorakılıq halları fikir və təxəyyül mərhələsindən keçdikdən sonra reallaşır. Xülasə bu məsələnin kökü qadın üzərində açılmış hesaba qayıdır. Bir əsr bundan qabaq nə qadınlar belə geyinirdi, nə də ki, belə zorakılıq halları bu qədər idi.
Qadınları ona görə bu vəziyyətə gətirib çıxardılar ki, qadın tənəzzül etdirilsə, cəmiyyət artıq məhvdir. Geyimlə başladılar və beyin yuyulmada dayandılar.
Bu "qadın açıq-saçıqlığı"ssenarisi dünyanı idarə edə böyük qüvvələrin bir layihəsidir. Bu vasitəylə çoxsaylı cəmiyyətlər məhv edilmiş və edilməkdədir.

 

Sosial psixoloq Vüsal Nadiroğlu
MBH İdarə Heyətinin üzvü

Facebook