EURO : 1,9288 TRY : 0,2477 USD : 1,7 RUB : 0,024
Çində koronavirusun qurbanlarının sayı 1500 nəfərə çatır

Çində koronavirusun qurbanlarının sayı 1500 nəfərə çatır

Çində ölümcül koronavirus 1488 nəfərin həyatına son qoyub. Bu barədə TASS agentliyi ölkənin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin məlumatına istinadən yazıb. Hazırda Çində 70 min nəfər koronavirusa yoluxub. Ölümcül virusdan sağalanların sayi isə 6982 nəfərə çatıb.

 

Həmçinin məlumatda qeyd edilir ki, ölənlərin çoxu Çinin Hubey vilayətinin Uhan şəhərindəndir. 

 

Xatırladaq ki, Çinin Uhan şəhərində koronavirus ilk dəfə keçən il dekabrın 31-də aşkarlanıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni bir növ olduğu ortaya çıxıb.  

Facebook