Çin Qarabağdakı atəşkəsə görə Rusiyanı təriflədi

Çin Qarabağdakı atəşkəsə görə Rusiyanı təriflədi

Çin Dağlıq Qarabağda Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Bu sözləri Çinin xarici işlər naziri Van İ jurnalistlərə açıqlamasında deyib ("RİA Novosti", 19 noyabr)
 
Nazir tərəflərin tezliklə siyasi danışıqlara qayıdacaqlarına, mübahisələri və anlaşılmazlıqları dinc vasitələrlə yoluna qoyacaqlarına, problemləri isə dialoq və müzakirələrlə həll edəcəklərinə ümid etdiyini deyib.
 
"Rusiyanın fəal vasitəçiliyi ilə Ermənistan və Azərbaycan noyabrın 10-da atəşkəsin əldə olunmasıyla bağlı razılıq əldə edib. Çin bu qərarı alqışlayır və yüksək qiymətləndirir", - deyə Çinin xarici işlər naziri bəyan edib.

Facebook