EURO : 1,9837 TRY : 0,2233 USD : 1,7 RUB : 0,0221
Çin: Koronavirusun yayılması bir həftədən sonra pik həddinə çatacaq

Çin: Koronavirusun yayılması bir həftədən sonra pik həddinə çatacaq

Çin Səhiyyə Komitəsi koronavirusla bağlı bəyanat yayıb. Bu barədə RG qəzeti yerli KİV-lərə istinadən yazıb. 

 

Bəyanatda deyilir ki, ölümcül virus 7-10 gündən sonra öz pik həddinə çatsa da lakin kütləvi xarakter daşımayacaq. Ona görə vətəndaşlara narahat olmaq üçün heç bir əsas yoxdur. 

 

Qeyd edək ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər. 

Facebook