Çin Hindistana etiraz etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyi sərhədi pozan Hindistan əsgərlərinin sayı barədə açıqlama verib. Nazirlik bəyan edib ki, 400-dən çox Hindistan əsgəri 18 iyun tarixindən bu günə qədər sərhədi pozub.

Artıq Hindistan səfirinin nazirliyə çağrıldığı və sərhəd pozuculuğunun qınandığı açıqlanıb. Qeyd edək ki, sərhəd pozulması faktları Çinin Donqlanq və Hindistanın Siqqim vilayətləri arasındakı bölgədə baş verib.