Çin dünyanın ilk 6G peykini orbitə göndərdi

Çin dünyanın ilk 6G peykini orbitə göndərdi

Çin dünyanın ilk 6G peykini orbitə göndərib (BBC, 8 noyabr). 

 
Peyk kosmosa Şanşi bölgəsindəki Tayyuan Kosmik Stansiyadan, "Long Walk-6" raketi ilə göndərilib.
 
Orbitə 6G ilə eyni zamanda daha 12 peykin göndərildiyi qeyd edilir.
 
6G-nin daha az güclə, uzaq məsafədə itkisiz rabitə təmin edərək 5G-dən 100 dəfə sürətli olacağı gözlənir ("AsiaTimes", 8 noyabr).
 
6G peykinin təbii fəlakətləri izləmək, meşə yanğınlarının qarşısını almaq, meşə təsərrüfatı və su ehtiyatlarına nəzarət etmək üçün optik məsafədən zondlama sistemi daşıdığı da deyilir.

Facebook