Çin alimlərindən yeni xəbər: Koronavirus peyvəndinə ehtiyac qalmayacaq

Çin alimlərindən yeni xəbər: Koronavirus peyvəndinə ehtiyac qalmayacaq

Koronavirusun meydana gəldiyi Çində peyvənd və dərmanla bağlı sınaqların həyata keçirilməsi davam etdirilir.

Pekin universitetinin hazırladığı yeni dərman koronavirusa yoluxmuş xəstələrin səhhətində müsbətə doğru dəyişikliyə səbəb olub.

Rakurs.tv bu barədə "BBC"yə istinadən xəbər verir.

Bu dərmanı COVID-19-a qarşı hazırlanan digər dərmanlardan fərqləndirən əlamət xəstələrdə immuniteti gücləndirməsidir. Mütəxəssislər iddia edir ki, sözügedən dərman peyvəndin tapılmasına ehtiyac qalmadan virusun qarşısını ala biləcək.

Araşdırmanı həyata keçirən qrupun rəhbəri Sunne Xi hazırladıqları dərmanın heyvanlar üzərindəki nəticəsinin müsbət olduğunu bildirib:

"Heyvanlar üzərində sınaqdan keçirdikdə nəticələr bizi çox sevindirdi. Demək olar ki, tam olaraq xəstəliyi aradan qaldırdı. İnsanlar üzərində sınaqların nəticələri hələ tam əlimizdə deyil. Lakin ilkin mərhələdə müsbət irəliləyişlərin olduğunu deyə bilərik. 2020-ci ilin sonlarına yaxın dərmanı satışa buraxmağı düşünürük. Peyvəndin tapılması daha uzun vaxt alacağına görə, bütün gücümüzü dərmanın tapılmasına sərf etmişik".

Facebook