Ceyhun Bayramov Sergey Lavrovla danışıb

Ceyhun Bayramov Sergey Lavrovla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında noyabrın 15-də telefon danışığı olub.
 
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Xəbərdə deyilir ki, tərəflər bölgədəki son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
 
Noyabrın 10-da Rusiya, Azərbaycan prezidenləri və Ermənistan baş naziri müharibənin dayandırılması ilə bağlı bəyanat imzalayıblar. Bəyanata görə, Kəlbəcər, Ağdam və Laçın sənəddə müəyyən edilmiş qrafik üzrə boşalıdılamlıdır. Ancaq noyabrın 15-də bildirilib ki, Kəlbəcərin boşaldılması 10 gün yubanacaq.

Facebook