Çexiya hökuməti məhdudiyyətləri uzadır

Çexiya hökuməti məhdudiyyətləri uzadır

Çexiya hökuməti adamların hərəkətinə, pərakəndə satış mağazalarına məhdudiyyətləri aprelin 1-dək uzadıb. Daxili işlər naziri Jan Hamacek martın 23-də mətbuat konfransında deyib ki, bu müddət ərzində restoranlar da bağlı qalacaq.

Koronavirusun iqtisadi təsirini azaltmaqdan ötrü hökumət vergi ödənişləri üçün möhləti uzadıb.

Martın 23-də təsdiqlənmiş yeni qaydalara görə, yaşlıların sahəsi 500 kvadrat metrdən az mağazalarda səhər 7-dən 9-dək alış-veriş etməsi ləğv olunub. Ancaq pərakəndə satış mağazalarının sahibləri ilk növbədə yaşlılara xidmət göstərməlidirlər.

Sahəsi 500 kvadrat metrdən yuxarı mağazalarda səhər 8-dən 10-dək yalnız yaşlılar alış-veriş edə bilərlər. Hökumət deyir ki, bu, işçilərin iş saatı başlamamışdan bazarlıq etməsinə imkan yaradır. Yeni qaydalar martın 24-dən qüvvəyə minir.

Çexiya hökuməti ölkə üzrə 1236 yoluxma halının olduğunu bildirir. 17 min 370-dən çox test aparılıb.

Facebook