“CBC FM” Qarabağda regional radio kanalı açacaq

“CBC FM” Qarabağda regional radio kanalı açacaq

Radio müsabiqənin qalibi olub

Milli Televiziya və Radio Şurası (MTRŞ) Qarabağda regional radio kanalının açılması üçün elan olunan müsabiqənin nəticələrini elan edib.

Qurumun aprelin 7-də keçirilən iclasında bildirilib ki, digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyəti ("CBC FM" radio kanalı) malikdir. Buna görə “CBC FM” müsabiqənin qalibi elan edilib.

Müsabiqə çərçivəsində 7 iddiaçının Şuraya sənədlərini təqdim etdiyi qeyd olunub:

“Bu sıraya "Real Təhlil İnformasiya Mərkəzi" MMC; "Caspian İnternational Broadcasting Company" MMC; "Balans Studiyası" MMC; "İNS ÇM" MMC; "İsti Press" MMC; "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası və "ARB 24" MMC”.

Facebook