Çay qurudu, dinozavr izləri ortaya çıxdı – FOTO

Çay qurudu, dinozavr izləri ortaya çıxdı – FOTO

ABŞ-ın Texas ştatında həddindən artıq quraqlıq səbəbindən çaylardan biri quruyub.

Quruyan çayın yatağında 113 milyon il əvvələ aid dinozavr ayaq izləri ortaya çıxıb.

Nəhəng ayaq izlərinin Akrokantosaurusa aid olduğu təxmin edilir.

Sonuncu dəfə 2000-ci ildə aşkar olunan ayaq izləri çox vaxt suyun altında, hətta bir neçə torpaq qatının altında da tapılır. Texas Dinozavr Vadisi Dövlət Parkı dünyada bu qəbildən izlərin ən yaxşı qorunduğu ərazilərdən biridir.

Park müfəttişi Jeff Davis bildirib ki, ortaya çıxan izlər Tənha qoruyucunun ayaq izləri” adlandırılıb.  O, həmçinin uzunluğu 11 metrə çatan Akrokantosaurus tipli dinozavrın bu yolda getdiyini qeyd edib. Müfəttişin sözlərinə görə, hazırda 140 ayaq izindən 60-ı görünür.

 
 
 

Facebook