Cavad Cavadov: “Əgər deputat seçilsəm, o zaman insanlara daha çox faydam toxunacaq”

Cavad Cavadov: “Əgər deputat seçilsəm, o zaman insanlara daha çox faydam toxunacaq”

YAP-ın Siyasi Şurasının 28 noyabr 2019-cu il tarixli iclasında Milli Məclsisin buraxılmasına dair prezidentə müraciət edildi. Beləliklə də ölkə başçısı müraciətə baxaraq 2020 ci il fevralın 9-na “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər təyin etdi.  Artıq namizədlərin qeydiyyata alınması prosesi başa çatıb və təbliğat-təşviqat işlərinə start verilib. Rəqabətin çətin, rəqiblərin isə güclü olduğu ərazilərdən biri də, Bakının Yasamal rayonudur. Yasamal rayonunun 17 saylı Üçüncü Seçki Dairəsindən deputatlıq mandatı uğrunda mübarizə aparacaq şəxslərdən biri isə öz fəaliyyəti  və intellektual səviyyəsi ilə seçilən tanınmış vəkil Cavad Cavadovdur.

 

Rakurs.tv tanınmış vəkilin seçkiqabağı təbliğat-təşviqat işləri ilə maraqlanıb. Cavad Cavadovun seçkidən gözləntilərini öyrənməyə çalışıb. 

 

Rakurs.tv-yə açıqlamasında Cavad cavadov bildirib ki, namizədliyini irəli sürdüyü 17 saylı Yasamal Üçüncü Seçki Dairəsində potensial elektoratı mövcuddur: “Əgər ədalətli seçki keçirilərsə, o zaman bu dairədən qələbə qazanacağıma heç bir şübhəm yoxdur. İstər “Sovetski”, istərsə də digər ərazilərdə insanlar məni çox yaxşı tanıyır. Hətta  “Hacı Cavad” məscidi söküləndə öz mövqeyimi yetərincə bildirdiyimə görə, insanlar arasında daha çox tanındım”.

 

Cavad Cavadov qeyd edib ki, əvvəlki seçkilərin necə keçirildiyini artıq dövlət  rəsmiləri də etiraf edib : “İki gün öncə  Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi  Zeynal Nağdəliyev bildirdi ki, ənənəvi üsulla seçilmək niyyəti olanlara imkan verilməyəcək. Yəni özləri etiraf edirlər ki, əvvəlki seçkilərdə şəffaflıq olmayıb. Mənim gümanım isə öncə Allaha , sonra isə özümə və seçicilərimədir”.

 

Tanınmış vəkilin sözlərinə görə, deputat seçilməkdə məqsədi ancaq insanlara xidmət etməkdir: “Hazırda vəkil kimi insanlara xidmət göstərirəm.  Əgər deputat seçilsəm, o zaman insanlara daha çox faydam toxunacaq. Həm qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəm, həm də bu qanunların icrasını təmin etmək üçün çalışacam. Seçkilərin şəffaf və ədalətli keçiriləcəyi ilə bağlı xüsusi gözləntilərim yoxdur. Sadəcə olaraq qazanılan  səslərin  qorunmasına çalışacam və ümid edirəm ki, öz dairəmdə müəyyən bir proses apara biləcəm”.

Facebook